Limon oğrusu yaxalanıb

  • 01 iyun 2018, 14:18

Astara Rayon Polis Şöbəsinə müraciət edən Pensər kənd sakini E.Əliyev mayın 16-17-də həyətyanı sahəsindən ümumilikdə 2500 ədəd limonun oğurlandığını bildirib. 

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun kənd sakini Seymur Kişiyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Oğurladığı limonların böyük hissəsini satdığı müəyyən edilsə də, 300-ə yaxın limon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər