Əfvlə azadlığa çıxan şəxs yenidən həbs olundu

  • 29 may 2018, 21:02

Prezidentin əfv etdiyi şəxs yenidən cinayət törədib.
"Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Mərdanov Orxan Abzər oğlunun məhkəmə prosesi may ayının 31-də Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək.
İttiham aktında göstərilir ki, bu ilin fevral ayında 29 yaşlı Orxam Mərdanov narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə, Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 1989-ci il təvəllüdlü Orxan Mərdanov 2015-ci il dekabr ayının 28-də Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Oxşar xəbərlər