Demokratik TV
Xəbər lenti
Ermənilər Füzulidə kombaynı gülləbaran edib - fotolar
- 29 may 2018, 19:26
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Əbdülrəhmanlı kəndi ərazisində atəşə tutduğu kombaynı idarə edən Veysəlli kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Taleh Kamandar oğlu bildirib ki, taxıl zəmisində biçin işləri aparan zaman ermənilərin atəşinə məruz qalıb.
Sürücü güllələrdən qorunmaq üçün nisbətən təhlükəsiz əraziyə çəkilə bilib. Lakin ermənilərin atdığı güllələr texnikaya ziyan vurub.
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.
Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ermənilər Kəndlərimizi atəşə tutub
Düşmən susdurulub, itki yoxdur
Ermənilər Goranboyu atəşə tutur - Son dəqiqə
Ermənilər Tərtərin kəndini atəşə tutdu
Ermənilər atəşkəsi ötən gecə də pozub
Ermənilər atəşkəs rejimini 128 dəfə pozublar
Ermənilər rayonlarımızı 100 dəfədən çox atəşə tutub
Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi 109 dəfə pozub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti