"Nardaran qalası"nda silah gizlədən şəxs tutuldu

  • 28 may 2018, 18:50

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olumuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı "Nardaran Qalası"nda gizlətməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirilən zaman oradan 1 ədəd "Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin salah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Oxşar xəbərlər