Demokratik TV
Xəbər lenti
İlahiyyat İnstitutuna bina ayrıldı
- 24 may 2018, 10:53
"Azərbaycan İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb".Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıbildirib.M. Qurbanlı deyib ki, institut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək: "Bu il dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə İlahiyyat İnstitutuna qəbul elan edilib, 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir. Onu da deyim ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı da ixtisaslar yaradılacaq".Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.apa.az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq (videoaçıqlama)
İlahiyyat İnstitutu yaradılır - SƏRƏNCAM VERİLDİ
İlahiyyat İnstitutu Komitənin tabeliyinə keçdi
"İlahiyyat" məscidinin idarəçiliyi QMİ-yə verilib
Mubariz Qurbanlı radikal qruplardan danışdı
Şeyx və Mübariz Qurbanlı İstanbuldadır
BDU-nun xanım dekan müavini tələbənin həbsini istəyir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti