İlahiyyat İnstitutu Komitənin tabeliyinə keçdi

  • 01 may 2018, 10:16
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Demokratik.Az-ın məlumatına görə, dəyişikliyə əsasən, "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na təhsil müəssisələri bölməsində Azərbaycan İlahiyyat İnstitutu əlavə edilib.
Oxşar xəbərlər