Camışla maşın toqquşdu - Kürdəmirdə

  • 01 may 2018, 09:18

Kürdəmirdə  maraqlı yol qəzası baş verib.

Demokratik.Az-ın APA-ya istinadən məlumatına görə, gecə saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonun Çöl Ərəb kəndindən keçən hissəsində Elşad Rüstəm oğlu Qurbanovun  idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili yolu keçən camışı vuraraq öldürüb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb, idarəetmədən çıxan avtomobil isə yol kənarına aşaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.

 

Demokratik.Az

Oxşar xəbərlər