"Tramp Tower” binasındakı ikinci yanğın söndürüldü

  • 28 apr 2018, 22:44
Bakının şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən başlayan yanğın söndürülüb.

Ərazidə FHN-in yanğınsöndürən maşınları və briqadaları işləyir. 

*** 21.23
 
Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (əvvəlki adı "Tramp Tower”)  söndürülən  yanğın yenidən alovlanıb. 
FHN-in saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Oxşar xəbərlər