Şəmkirdə toy yasa döndü

  • 24 apr 2018, 20:28

Şəmkirdə ağır yol qəzası baş verib.

APA-nın qərb bürosuna istinadən xəbər verilir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər