Üzərində bomba olan şəxs Fransada kilsəyə girib

  • 09 apr 2018, 07:43

Fransada üzərində "şəhid kəməri" olan şəxs kilsəyə girib.

"Report" xəbər verir ki, bu barədə "Presse Ocean" məlumat yayıb.

Məlumata görə, hadisə Nant şəhərində baş verib. Hüquq-mühafizə orqanları üzərində partladıcı maddələrin olduğu şəxsin kilsəyə daxil olması barədə məlumat əldə ediblər.

Hadisə ilə əlaqədar Müqəddəs Nikolay kilsəsində və onun ətrafında təhlükəsizlik tədbirləri görülüb. Polis təxliyə işlərini həyata keçirib və binanı əhatəyə alıb. Hadisə yerinə habelə yanğınsöndürənlər və hərbçilər göndərilib. Görülmüş tədbirlər nəticəsində şübhəli şəxs yaxalanıb.

Bundan sonra kilsənin mühasirəsinə son qoyulub.

Oxşar xəbərlər