Məşhur mağazaların böyük fırıldağı – ALDATMALAR

  • 02 apr 2018, 12:52

Alıcılarını aldadan "Kontakt Home”

 

 

Müxtəlif illərdə məişət əşyalarının keyfiyyəti və ya məişət əşyaları satan şirkətlərin "ilkin ödənişsiz və faizsiz kreditlə al” başlıqlı saxta şüarlarından cana yığılıb etiraz edən çoxlu sayda alıcı şikayətləri mövcuddur. Bu şikayətlərdən ən çoxu "Kontakt Home” mağazalar şəbəkəsinə qarşı yönəlib.

 

Belə ki, alıcılar bu şirkətin istər müştəri xidmətindən, istərsə də məhsulların keyfiyyətindən şikayətlənirlər. Ən çox şikayət isə zəmanətlə alınan telefonun servis xidmətində həddən artıq saxlanması, təmir etməmək üçün get-gələ salınmasıdır.

Məsələn, şirkət təmirdən qənaət etmək üçün alıcını azı 2-3 dəfə servisə gedib-gəlməyə məcbur edir. Bu zaman istifadəçi bezir və telefonu başqa ustaya aparır. Belə olanda istifadəçi həm əlavə xərcə düşmüş, həm də zəmanətdən imtina etmiş olur.

Çünki servisdən kənarda təmir edilən telefonu, məişət əşyasını rəsmi servis qəbul etmir. Avtomatik pulsuz təmir xidməti ləğv edilir. Növbəti qalmaqallı məqam isə kreditlə alınan məhsulların üzərinə yüksək komissiya haqqının əlavə olunmasıdır.

Bununla bağlı minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov deyib ki, komissiya haqqının kredit faizinin üzərinə əlavə olunması qanunsuz bir haldır: "O, tərəflər arasında müqavilə bağlanan kimi xidmət haqqına əlavə olunmalıdır.  Bunun miqdarı isə sadəcə 1 faiz, ən çox isə 3 faizə qədər ola bilər. Bu müqavilələr məcburi şəkildə həyata keçirilmir və təkcə bir tərəfin marağına da tabe olmamalıdır. Vətəndaş istədiyi zaman müqavilənin istədiyi maddəsini dəyişdirə bilər. Əgər vətəndaşın komissiya haqqının miqdarından xəbəri yoxdursa, bu halda qanunsuzdur”.

 

 

 

"Kontakt Home” mağazalar şəbəkəsində isə məhsulların üzərinə gələn komissiya haqqı yeni gələn alıcılar üçün  8 faiz, daimi alıcılar üçünsə, 5 faiz nəzərdə tutulub. "İrşad Telecom”da isə bu 10 faizdir. Bu da hər iki məşhur mağazanın qanunsuz əməlini sübut edir.

Oxşar xəbərlər