Keçmiş diktator öldü

  • 02 apr 2018, 08:04

Qvatemalanın keçmiş diktatoru Xose Efrain Rios Montt 91 yaşında ölüb.

Trend-in verdiyi xəbərə görə, bu barədə onun vəkili məlumat yayıb.

Məlumata əsasən, Montt ürək tutmasından dünyasını dəyişib.

Rios Montt 1982-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib və 1983-cü ilədək Qvatemala prezidenti vəzifəsini tutub.

Daha sonra o hərbi cinayətlərin törədilməsində ittiham olunaraq məhkəməyə cəlb edilib.

Demokratik.Az

Oxşar xəbərlər