Salyan sakinindən narkotik maddə aşkarlanıb

  • 22 mart 2018, 23:37

Salyan şəhər sakininin həyətindən 18 ədəd narkotik tərkibli çətənə şitili aşkarlanıb.

"Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhər sakini Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan, 1968-ci il təvəllüdlü Hüseynov Elçin İzzət oğlunun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkməsi barədə RPŞ-nə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin bağ hissəsində yerləşən üstü yarımörtülü yardımçı tikilidən 18 ədəd çətənə şitilii aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 237. 2.3 maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər