İsmayıllıda avtomobil çaya düşüb

  • 21 mart 2018, 11:03

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində "NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Oxşar xəbərlər