Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:49 - 21.06.2018  
9 gün sonra... “Masallı Mamed” hekayəsi - FOTOLAR
Tarix: 11-03-2018, 15:01 | Bölmə: Xəbərlər » Kriminal

Həyatının son illərində əlində əsa olsa da, o heç vaxt yıxılmadı

9 gün sonra... “Masallı Mamed” hekayəsi - FOTOLARBu yaxınlarda sarsaq bir poqon adamının(onu işdən dərhal qovdular) Masallı haqda əxlaqdan kənar videosu yayılanda yadıma nədənsə, ilk olaraq "Masallı Mamed” düşdü. Masallı təkcə bütün keçmiş SSRİ-də tanınan "qanuni oğru” ilə məşhurlaşmayıb təbii, təkcə Masallı deyil, bu bölgə  elm xadimləri, tanınmış sənətkarlar, din adamları ilə tanınıb.

Amma bu məqamda məhz niyə "Mamed”in yada düşməsinə xüsusi izahat vermək lazım gəlmir. Bu yerdə məhz onun yeri, onun müdaxiləsi, sözünün ağırlığı  görünürdü axı...”Masallı Mamed”in martın bu boz günlərində yada salmağın başqa bir səbəbi də var. 9 gün sonra, martın 20-də "Masallı Mamed”in vəfatının 7 ili tamam olur.                         

Daha bir xatırlatma: 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan  Bəxtiyar Kərimov ("Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra "Masallı Mammed” kimi  tanınanacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı "qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib. Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız "Masallı Mamed” Bəxtiyar dünyaya gələn doğma torpağında  dəfn olunub: 21 martda....

"Masallı Mamed”i yada salmağın o mənfur videotiplə əlaqələndirmək istəməzdim. Mümkündür ki, kriminal bir həyat yaşamış bir adam haqda geniş yazmaq kimlərinsə xoşuna gəlməyə də bilər. Amma etiraf etmək lazımdır ki,  tale və seçdiyi yol ona Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda tanıtmağı nəsib edib.  

***

1960-cı ilin noyabr ayının 4-də Masallıda  İsgəndər kişinin ailəsində evin ilk uşağı - Məmməd dünyaya gəldi. Ondan sonra bu ailədə daha dörd qardaş da  doğulacaqdı. Atası rayonun tanınan və imkanlı adamlarından - univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən  Ərkivan kəndində  bitirib. 

1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və "yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra...Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi... 

Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin... gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur. 

Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan  Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə  "vışka” təhlükəsi yaradır. "Vışka” ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə "krıtıda” çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.

9 gün sonra... “Masallı Mamed” hekayəsi - FOTOLAR

 

Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya "etap” edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə ("Dağlı Cavaşir”) birgə cəza çəkməli olur.  Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki "maloletkada”- uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda  ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda  "Dağlı Cavanşir”  hələ "qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki "Sentral” həbsxanasına olur. Məmməd burada  kriminal qaydalar tətbiq edir, "obşak” yaradır və "vəziyyət”ə ("polojeniya”) nəzarət edir.  

1992-ci ildə mart ayında azadlığa çıxan və artıq "Mamed Masallınski” kimi  tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə "Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı "Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən "Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar "qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən "qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir. 

mamed.jpg (28 KB)

1995-ci ildə Sabirabada "qanun oğru” Hikmət Muxtarovun -"Sabirabadlı Hikmət"in toyunda "Lotu Bəxtiyar” təklif edir ki, məhz həmin gün "Masallı Mamed”lə "Dağlı Cavanşir”ə kriminal aləmdə haqq etdikləri "tac” verilsin.  Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə "qanuni oğru” adın onun özünə böyük qardaş hesab etdiyi  Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan "Novxanılı Hikmət”in şadlıq sarayında əvvəl "Masallı Mamed”, sonra isə Cavanşir "qanuni oğru” adı alır. Qeyd edək ki, "Novxanılı Hikmət” hazırda Rusiyada həbsdə olan "qanuni oğru” "Novxanılı Dadaş”ın atasıdır.  Oğruların həmin toplantısında Bəxtiyardan başqa, "Sabirabadlı Hikmət”, "Nardaranlı Mirseymur”, "Ağbaş Çingiz” kimi "qanuni oğrular” da iştirak edir. 

***

Son illər Rusiyada yaşayan "Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən "Sabirabadlı Hikmət”in dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz "Masallı Mamed”in varis olması  müzakirəyə çıxarılıb.

Elə həmin il "Masallı Mamed” üzərində "Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda "Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir. 

2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn "qanuni  oğru” narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və  3 il müddətinə azadlıqdan məhrum edilir. 

O, nüfuzlu avtoritet kimi "srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə "Masallı Mamed” 1 saylı həbsxanaya göndərilir. 

Məlumatlara görə, təcridxanada olduğu müddətdə  səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma "zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir.  Yaxınlarının mətbuata verdikləri məlumata görə, "Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır. 

Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan "oğru” ideyasına sadiq oldu. 

"Masallı Mamed”i azərbaycanlı "qanuni oğru”ların sonuncu moğikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi.  "Sabirabadlı Hikmət”in qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları "böyük qardaş”kimi "Masallı Mamed”in ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının "xaç atası” sayılan "Ded Xasan”ın başçılığı ilə keçirilən "sxodka”da Azərbaycan kriminal qruplaşmasını "Masallı Mamed” təmsil edirdi.

Onun "böyük qardaş” kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.

***

Martın 20-də "Masallı Mamed”in vəfatının 7-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu "qanuni oğru”laradək Rusiyada azərbaycanlıları "qara”, "alverçi”, "bazar adamı” kimi baxırdılar. Onlar isə kimlərinsə xoşuna gəlməsə belə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.

Orxan,
Musavat.com

Xəbər 1089 dəfə oxunub






Oxşar xəbərlər

Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20790] initstartout [0.00016] initstartin [0.00095] calstart [0.02193] calend [0.00064] topnewsend [0.00824] rsssend [0.00000] ehgend [0.06709] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10814]