Bakı Narkoloji Mərkəzdə güclü yanğın – FOTOLAR

  • 02 mart 2018, 08:42

Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.

"Demokratik.Az” FHN-nin saytına istinadən məlumat verir ki, Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər