Tanınmış travmatoloqu maşın vuraraq öldürüb

  • 01 mart 2018, 23:07

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

 

 

 

"Report"un məlumatına görə, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Niva" markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

 vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

Demokratik.Az

Oxşar xəbərlər