Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:27 - 14.12.2019  
Balakəndə “leş ət” mafiyasının üzvü ələ keçdi
Tarix: 1-03-2018, 20:49 | Bölmə: Xəbərlər » Kriminal

Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a verilən xəbərə görə, martın 1-də daxil olmuş məlumat əsasında xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilmişdir.

Balakəndə “leş ət” mafiyasının üzvü ələ keçdiBaxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus Az 10 FN 974 dövlət nömrə nişanlı "Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib. Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf edib, həmin atı öz istifadəsi və satmaq üçün kəsidiyini bildirib. Ramazan Muğumova məxsus və onun tərəfindən antisanitar şəraitdə kəsilmiş atın 120 kq çəkisində olan əti müayinəsi başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək. Araşdırma aparılması məqsədilə toplanmış materiallar Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Uzun illərdir ki, Azərbaycanda "leş ət” mafiyasını dayandırmaq mümkün olmur. Ölkənin dörd bir tərəfindən paytaxta at-eşşək, ölmüş mal-qaranın ətini daşıyıb gətirən şəxslərin ifşası mümkünsüz görünür. Leş ətlərdən hazırlanan kolbasa məhsullarının əhaliyə satılması ilə bağlı məsələ daim gündəmdə olsa da, nəticə yoxdur. Yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin də faəliyyəti görünmür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”a deyib ki, 20 ilə yaxındır, "leş əti” satan mafiyanı ifşa etməyə çalışırlar: "Leş ətlər hər yerə daşınır. Ən tanınan şadlıq saraylarına və restoranlara da leş ətləri gedib çıxır. Hətta uşaq bağçalarında da istifadə olunur. Qida təhlükəsizliyinin təmin olunması ilə bağlı heç bir iş aparılmır. Çünki ölkədə qida təhlükəsizliyinə dair heç bir qanun yoxdur. Qanun olmayan yerdə isə cinayət baş verir.  8 il öncə leş əti satan bir şəxs tövbə etdikdən sonra bizə müraciət etmişdi. O, Bakı şəhəri ərazisində leş ətlərinin harada kimyalaşdırıldığını və təmizləndiyini, hansı marketlərə paylandığını bizə demişdi. Bu haqda bütün dövlət orqanlarına yazılı surətdə müraciətlər ünvanladıq. Lakin Daxili İşlər Nazirliyindən başqa, heç bir dövlət orqanı müraciətimizə cavab vermədi. Daxili İşlər Nazirliyindən isə yalnız bizim təhlükəsizliyimizi təmin edə biləcəklərini dedilər. Yəni heç bir dövlət orqanı əlbir iş görə bilmədi”.

AİB sədri bildirib ki, prezident 2017-ci il fevralın 17-də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqda ayrıca fərman imzalayıb: "Bu ilin yanvarından agentlik guya fəaliyyətə başlayıb. Lakin dəfələrlə məktub yazıb, təmənnasız yardım etməyə hazır olduğumuzu bildirsək də, qurumdan heç bir reaksiya verilməyib. Bu Agentlik şəffaf iş görərsə, KİV və ictimai təşkilatlarla əməkdaşlıq edərsə, o zaman nəticə gözləmək mümkündür”.

Demokratik.Az

Xəbər 1864 dəfə oxunub






Oxşar xəbərlər

Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.46454] initstartout [0.00025] initstartin [0.00113] calstart [0.01429] calend [0.00077] topnewsend [0.00671] rsssend [0.00000] ehgend [0.02118] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.41921]