Moskvada 25 dərəcə şaxta qeydə alınıb

  • 20 fev 2018, 11:59

Ötən gecə Rusiya paytaxtı Moskvada 25 dərəcə şaxta qeydə alınıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Arktik antisiklonun irəliləməsi gecə temperaturu -25 dərəcəyə qədər endirib.

Rusiya paytaxtında gündüz havanın temperaturunun -4 -16 dərəcə olacağı gözlənilir.

Sinoptiklər fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağını proqnozlaşdırırlar.

Hidrometeoloji Mərkəzdən bildirilib ki, belə davamlı soyuq insanlar üçün təhlükəlidir. Mütəxəssislər vurğulayıblar ki, belə hava şəraiti  Moskva üçün anomal haldır. 

Oxşar xəbərlər