Bakıda yol qəzası törədənlər əlbəyaxa oldular

  • 15 fev 2018, 07:50

Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.

 

Demokratik.Az-ın "Report”a istinadən xəbərinə görə, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.

 

Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və onun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.

 

Demokratik.Az

Oxşar xəbərlər