DİN: Ötən gün ölkədə 125 cinayət faktı qeydə alınıb

  • 08 fev 2018, 09:22
2018-ci il fevral ayının 7-dən 8-dək daxili işlər orqanlarında  qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb. 

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Oxşar xəbərlər