Bakıda partlayış olub

  • 06 fev 2018, 20:51

Bakıda Müdafiə Sənayesi Nazirliyi "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma” zavodu ərazisində partlayış baş verib. Partlayış yanğınla müşahidə olunub. Hadisə "Radiozavod”un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.

Partlayış səsi ətraf ərazilərdən eşidilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur. (APA)

Oxşar xəbərlər