Beyləqanda məktəb yandı

  • 25 yan 2018, 08:03

Beyləqan rayonunda yanğın hadisəsi baş verib.

FHN xəbər verib ki, rayonun Əhmədli kəndində ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

Digər sinif otaqları yanğından mühafizə olunub. Yanğın saat 19:50 dəqiqədə yanğın bölmələri tərəfindən söndürülüb.​​

Oxşar xəbərlər