Mirşahin Ağayev telekanal yox, yeni sayt açır

  • 17 yan 2018, 08:57

İki il əvvəl bağlanan ANS-in vitse -prezidenti Mirşahin Ağayevin yeni televiziya kanalı açacağı ilə bağlı mediada xəbərlər yayılıb.

Kanalın hələlik internet üzərindən yayımlanacağı, ötən həftədən etibarənsə sınaq çəkilişlərinə start verdiyi barədə informasiyaların sayı artıb. Bundan başqa, TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı da  yayılan xəbərlər sırasındadır.

Amma məlumata görə, M.Ağayev hər hansı kanal yox, sayt açmaq niyyətindədir. Tənqidi yöndəki saytda isə zaman-zaman videomateriallar dərc ediləcək. Hər hansı bir tezlik almayan və efir icazəsi olmayan M.Ağayevin internet televiziya açması da müzakirə mövzusu sayılmır.

Hər iki informasiyanı dəqiqləşdirmək üçün günlərdir M.Ağayevlə əlaqə saxlamağa çalışsaq da, o, telefon zənglərinə cavab vermir.

Oxşar xəbərlər