Gürcüstan prezidenti üçüncü dəfə ata oldu

  • 16 yan 2018, 08:19
Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin oğlu anadan olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə dövlət başçısının rəsmi Facebook səhifəsində bildirilib.

"Toma Marqvelaşvili anadan oldu”, - rəsmi səhifədə yazılıb.

Qeyd edək ki, Gürcüstan prezidenti və onun həyat yoldaşı Maka Çiçua 2014-cü ildə rəsmi nikaha daxil olublar. Cütlüyün 2015-ci ilin fevralın 2-də Temo adlı oğulları dünyaya gəlib. G.Marqvelaşvilinin əvvəlki nikahdan Anna adlı qızı da var. 
Oxşar xəbərlər