Ləğv olunan bankların əmlakı satışa çıxarıldı

  • 11 yan 2018, 14:01

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.

Virtualaz.org fonda istinadən bildirir ki, yanvarın 16-da ləğv prosesində olan QSC "Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd "Daewoo Nexia”, 6 (altı) ədəd "Mitsubishi Lancer”, 6 (altı) ədəd "Toyota Corolla”, 1 (bir) ədəd "Toyota Avalon”, 3 (üç) ədəd "Hyundai Accent” markalı avtomobillər, 1(bir) ədəd "Fiat Doblo Cargo” və 1 (bir) ədəd "Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılır.

Ləğv prosesində olan "Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd "Ford Focus”, 1 (bir) ədəd "Mitsubishi Pajero” markalı avtomobillər və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan "Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan "Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.

Qeyd edək ki, "Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi 250.150,00 manat, bağ evi isə 150.150,00 manatdır.

Oxşar xəbərlər