Gəncə Apellyasiya Məhkəməsinin işçisini maşın vurub

  • 10 yan 2018, 11:52

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər