Masallıda nəhəng qartal tutulub - FOTOLAR

  • 08 yan 2018, 18:51

Masallıda qeyri-adi qartal tutulub.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb. Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.

Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.

Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növü var.

Oxşar xəbərlər