Türkiyədə dəhşətli qətl

  • 11 dek 2017, 18:35

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

"Ölkə.Az" xəbər verir ki, 58 yaşlı rejissor Mustafa Kemal Uzun Şile səmtindəki evində ölü tapılıb. Bildirilir ki, rejissoru çəkdiyi serialda epizodik rolda iştirak edən şəxs öldürüb. O, Mustafanın başını əzərək öldürüb.

Qatil rejissorun başına beysbol dəyənəyi ilə zərbələr endirib sonra isə bıçaqlayıb. Polisə daxil olan məlumatdan sonra dərhal hadisə yerinə gedilib. Qapını sındırıb içəri girən polis qorxunc mənzərə ilə qarşılaşıb. Rejissorun mobil telefonu, pul kisəsi və həyətdəki avtomobili yoxa çıxmışdı.
Aparılan istintaqlardan sonra O.A. saxlanılıb. Onun üzərindən rejissorun mobil telefonu aşkar edilib.

Şübhəli şəxs bildirib ki, hadisə baş verən gün Mustafa ilə görüşüb. Söhbət edib, yemək yeyiblər. Sonra isə Uzunun evində spirtli içki qəbul ediblər. Söhbət əsnasında rejissorla aktyor arasında mübahisə düşüb. O.A. əsəbləşərək cinayətə əl atıb.

Demokratik.Az

Oxşar xəbərlər