Göygöldə yük avtomobili yandı

  • 10 noy 2017, 09:49
Bakı-Qazax yolunda avtomobil yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Göygöl rayonu Hacıməlik kəndindən keçən hissəsində 1978-ci il təvəllüdlü Həmid Rəhimov nar ilə yüklü olan "QAZel” markalı yük avtomobil anidən alışıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, avtomobil tam yararsız hala düşüb. Hissədən verilən məlumata görə yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər