“Fədayə “Qoca”nın qaçdığını inernetdən öyrənib”- Vəkil

  • 08 noy 2017, 13:13

"Fədayənin ailəsi ilə görüşməyə hazırda imkanı yoxdur. Səhhəti normaldır. Ümumi xroniki xəstəliklərin olub-olmamasından xəbərsizəm. Çünki işə dünən başlamışam”.

Bu sözləri musavat.com saytına açıqlamasında hazırda həbsdə olan müğənni Fədayə laçının vəkili Türkel Süleymanlı deyib. O, bildirib ki, müğənninin həbsxana ilə əlaqədar heç bir şikayəti yoxdur:
"Saxlanma rejimindən, həbsxana əməkdaşlarından narazılığı yoxdur. Ona tam nəzakətli, qanun çərçivəsində davranırlar. Fədayənin istər sənət adamlarının, istərsə də, sadə vətəndaşların dəstəyindən xəbəri var. Hamıya təşəkkür edir. Xahiş etdi ki, minnətdarlığını çatdırım.

Etibar Məmmədovun ölümündən də xəbəri var. Rəsmən, bildirirəm ki, "Qoca”nın qaçmasını Fədayə Laçın da hamı kimi xəbərlərdə eşidib. Qaçdığı gündən sonra nə telefonla, nə də üzbəüz görüşü olmayıb. İctimaiyyətdə belə bir fikir var ki, onlar qaçandan sonra görüşüblər. Bu yalandır”.

Vəkil bildirib ki, müğənninin azadlığa çıxması üçün müraciət ünvanlayacaqlar: 
"Hələ ki, cinayət işinə xitam verilməsi tezdir. Çünki istintaqın gedişi var, bizim təqdim etməli olduğumuz sənədlər var. Amma yaxın günlərdə biz onun azadlığa çıxması ilə bağlı müraciət edəcəyik. Çünki xanımdır, istintaqa özü gedib. Tutulan gündən əvvəl də iki dəfə ifadə verib. Fədayə hüquq-mühafizə orqanlarına nədən çağırıldığı barədə xəbəri vardı. Əgər qaçmaq, istintaqdan yayınmaq fikri olsaydı, birinci dəfə polisə çağırılandan sonra qaçardı, gizlənərdi. Bütün bunlar sübut edir ki, Fədayə öz məsuliyyətini dərk edib və istintaq üçün heç bir problem yaratmayıb”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Oxşar xəbərlər