Hamilə qadın metroda doğdu - Video

  • 19 okt 2017, 08:02

Amerikanın Filadelfiya şəhərində bir qadının metroda başına gələn hadisə şoka salıb. Belə ki, qadın elə metronun vaqonunda uşağını dünyaya gətirib. Metro işçiləri daha sonra bildirib ki, sözügedən qadın həkimə getmək üçün metroya minib. Amma metroda qəfil başlayan sancı onun öz-özünə uşaq dünyaya gətirməsinə səbəb olub. Metrodakı polislər isə qatar Olney stansiyasında dayananda yeni doğulan və göbək bağı kəsilməmiş uşağı bir odeyala büküblər.

Yerli mətbuata açıqlamasında polis məmuru Rodgers deyib ki, vaqondakı insanlar bu hadisə ilə bağlı şadyanalıq ediblər və belə bir hadisəyə şahid olduqları üçün sevindiklərini deyiblər. Yenicə ana olmuş qadın isə həmin gün öz körpəsi ilə birgə vaqondakı hər kəslə şəkil çəkdirib. Adı açıqlanmayan ana ilə körpəsi Eynşteyn Medikal Xəstəxanasına aparılıb və hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

 
Oxşar xəbərlər