Giləzidə 214 ədəd PHS aşkarlandı

  • 12 okt 2017, 07:30

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

Demokratik.Az bildirir ki, bu barədə ANAMA məlumat yayıb.

Oktyabrın 11-də  yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə və 1 əkin  sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 214 ədəd partlamamış hərbi sursat (PHS),  114 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 431 kq yandırma məhsulu aşkar edilərək götürülwb, nəticə etibarilə 801 500 kv.m (80.15 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 40 gün ərzində  11 736 ədəd partlamamış hərbi sursat (PHS), 4 867 ədəd partlamış-yanmış sursat qalıqları və 29 628 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 44 706 328 kv.m (4 471 ha) ərazi yoxlanılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər