Səudiyyə kralının sarayına silahlı hücum olub

  • 09 okt 2017, 07:50

Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral sarayına silahlı hücum təşkil olunub.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, sarayda iki təhlükəsizlik əməkdaşı, eləcə də silahlı şəxs ölüb, 3 təhlükəsizlik əməkdaşı yaralanıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki,  Səudiyyə Ərəbistanı əsilli, 28 yaşlı kişi üzərindəki "Kalaşnikof” və 3 ədəd əl bombası ilə avtomobildən enərək mühafizəçilərə atəş açıb.

Demokratik.Az

Oxşar xəbərlər