İldırım 35 adamı öldürdü - Hindistanda

  • 01 avq 2017, 13:54

Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. Trend-in məlumatına görə, artıq bir neçə gündür ştatın böyük hissəsində ildırımlarla müşayiət olunan şiddətli qasırğa davam edir.

İldırım vurması nəticəsində daha 18 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Hindistanda hər il ildırım vurması nəticəsində yüzlərlə insan həlak olur. 2016-cı ildə bu təbiət hadisələri 400-dən çox insanın həyatına son qoyub.

"Demokratik.Az"

Oxşar xəbərlər