Ermənistanda məmur itkin düşüb

  • 25 iyul 2017, 19:44
Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb.
 
APA-nın "Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, polis artıq M. Simonyanın axtarışlarına başlayıb. 
 
Ermənistan Polisinin mətbuat katibi Edqar Canoyan M. Simonyanın itkin düşməsi barədə məlumatın iyulun 23-də daxil olduğunu və hazırda müvafiq işlərin aparıldığını söyləyib.
"Demokratik.Az"
Oxşar xəbərlər