Bəxtiyar Hacıyevi Yamaykada həbsə atdılar

  • 06 iyul 2017, 15:18
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev turist kimi səfər etdiyi Yamaykada xoşagəlməz halla qarşılaşıb.

Bu barədə o, özünün feysbukdakı hesabında yazıb.
O qeyd edib ki, son üç gününü Yamaykada həbsxanada keçirib: "Hava limanında sərhədçi qadın Azərbayan vətəndaşlarının hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədləri verib gözlədim, qadın rüsum üçün nəğd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın çöldə gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi "o zaman sizə viza vermirəm” dedi və pasportuma möhür vurdu”.
B.Hacıyev yazır ki, bundan sonra Yamayka Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib "sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq” deyiblər: "Mən növbəti reysimin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhər mərkəzindəki "Horizon” adlı həbsxanaya gətirdilər. Orada kriminallar kimi davranıb, üstümü yoxlayıb, saldılar həbsxana kamerasına. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürüb, içirdilər, gözümün qabağında. Vəkil istəmişdim, bir rahibə çağırmışdılar ki, şikayətini ona et.
Nəhayət, Panamaya reysimin bu gün olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə də almırdı, deyirdilər, immiqrasiya idarısi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkime məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanışlarıma zəng edəcəm, buradan sonrakə biletlərini göstərərik, çıxarsan. Mənə qısa müddətlik internet teşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara məlumat verdim bu barədə. Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və eclaflıq gördüm. Nə dövlət qurumları arasında kommunikasiya var, nə sənədləşmə, nə insan hüquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazıb gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur”.
B.Hacıyev qeyd edib ki, artıq Yamaykadan çıxıb: "Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Boqotaya (Kolumbiyanın paytaxtı - red) gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəm, araşdırsınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər, vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə, kimliyinden asılı olmayaraq, XİN Azərbaycan vətəndaşı ilə belə davranışı araşdırmalı, cavablarını verməlidir”.Demokratik.Az
Oxşar xəbərlər