Gəncədəki “Ramada”dan biabırçı reklam

  • 20 iyun 2017, 10:20

Əlində qəlyan, süfrələrində spirtli içkilər, qısa yupkalı qızlar…
Bu mənzərə ilə Ramada Plaza Gəncə otelində rastalaşa bilərsiniz. Bunu özümüzdən yazmırıq. Bütün bunlar Ramada Plaza Gəncə otelinin fiestasında yerləşən "Shisha Lounge”nun yay mövsümü ilə bağlı hazırladığı reklam çarxındadır. Görüntülərdə ancaq qəylan tüstüsündən cuşa gələn qızlar gözə dəyir… Niyə? Bununla nəyə işarə edirlər? Müştərilərə hansı gizli mesajı ötürmək istəyirlər? Əhəlisi mühafizəkarlığı ilə seçilən Gəncə üçün belə bir reklam çarxı nə dərəcədə keçərli ola bilər? Bizim bu suallara öz cavabımız olsa da, hələlik bu barədə əlavə şərh vermək istəmirik./Missiya.Az/

Amma təəccübümüzü də gizlədə bilməzdik. Hər halda bir əyləncə məkanının təbliğat üçün başqa formalıardan da istifadə etmək olardı. Ancaq qəlyan tüsdülədən və bir qədər erotik tərzdə rəqs edən qızları nümayiş etdirmək başqa təsəvvürlər yarada bilər… Heç olmasa, Ramazan ayının bitməsini gözləmək olardı…
Videonu sizə təqdim edirik:


Oxşar xəbərlər