Rövnəq Abdullayevin müşaviri vəfat edib

  • 23 iyun 2017, 12:10

SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov vəfat edib.

APA xəbər verir ki, bu barədə dövlət şirkətinin yaydığı elanda deyilir.

"SOCAR-ın rəhbərliyi və baş ofisinin kollektivi şirkətin prezidentinin müşaviri Fərəməz Rüstəmovun vəfətından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər”, – deyə şirkətin məlumatında bildirilir.

Qeyd edək ki, F.Rüstəmov 2007-ci ildə "Əməkdar mühəndis” adı ilə təltif olunub.

Demokratik.Az

Oxşar xəbərlər