Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:22 - 20.07.2019  
Bacısının başını kəsən qızla bağlı inanılmaz məlumatlar
Tarix: 24-10-2014, 21:21 | Bölmə: Xəbərlər » Kriminal

Xətaidəki qətli törədən Pərvanə Nuriyeva: "Bacımın cinsi azlıq olduğu mənə təsir edirdi”
Oktyabrın 22-də Bakıda bütün ölkəni sarsıdan bir olay baş verdi. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 "a” mənzil 39-da 20 yaşlı Günel Nuriyevanın başı kəsilmiş meyiti aşkarlandı. Sonradan məhkəmə tibb ekspertləri G.Nuriyevanın bədəni üzərində çoxsaylı bıçaq xəsarətləri də aşkarladılar. Bu qorxunc olaydan məlumat alan hər kəsi düşündürən bir sual vardı - musiqi məktəbinin tələbəsi olan qızı bu cür amansızlıqla kim qətlə yetirib?

İlkin versiya kimi tələbənin onu sevən oğlan tərəfindən öldürülməsi nəzərdən keçirilib. Mənzilə oğrunun girdiyi və tələbə qızla rastlaşaraq onu öldürmək qərarına gəldiyi versiyası da araşdırılıb.

İstintaqçılar ilkin olaraq G.Nuriyevanın təmasda olduğu şəxslərin əhatə dairəsini müəyyən etmək üçün telefonunu axtarıblar. Lakin telefon G.Nuriyevanın qan gölməçəsində aşkarlandığı mənzildə tapılmayıb.

Həmin dəqiqələrdə onun bacısı Pərvanə Nuriyeva da qanlı olayın baş verdiyi mənzilin qarşısına gələrək içəri daxil olmaq istəyib. Lakin mənzilin qarşısında olan polis əməkdaşları onu içəri buraxmayıblar. O, mənzilə polis çağırmış əkiz bacısı ilə istintaqçıların mənzildə zəruri istintaq hərəkətlərinin başa çatdırmasını gözləyiblər.

Nuriyevalar 3 bacıdırlar. Onların atası Etibar Nuriyev uzun illər "Aqrarsənaye” İstehsalat Birliyində çalışıb.

Şəki Sahibkarlıq Assosiasiyasının, Respublika Sahibkarlar Konfederasiyasının və Şəki bələdiyyəsinin üzvüdür. E.Nuriyevi tanıyanlar onun qızının belə bir qətl törətdiyinə inana bilmirlər. Maddi imkanları yaxşı olan E.Nuriyev hər 3 qızının əziyyət çəkmədən Bakıda təhsil almaları üçün qanlı olayın baş verdiyi ünvanda illər öncə mənzil alıb.

Bacılar dindirilərkən P.Nuriyevanın əkiz bacısı deyib ki, təhsil aldığı məktəbdən evə qayıdandan sonra mənzilin qapısını öz açarı ilə açaraq içəri daxil olub. Evin dağınıq və koridorda qan ləkələrinin olmasını görüncə qışqıraraq çölə qaçıb. Telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və gördüklərini danışıb. Həmin vaxt onun qışqırıq səsini eşidən binanın komendantı da Xətai Rayon Polis İdarəsinə zəng vurub. Əraziyə gələn polis mənzildəki yataq otağında Günel Nuriyevanın boğazı kəsilmiş meyitini aşkarlayıb. İstintaq-əməliyyat qrupu hadisə yerini müayinə edərək G.Nuriyevanın qatili ilə əlbəyaxa olması qənaətinə gəliblər.

Həmin dəqiqələrdə Pərvanə Nuriyeva mənzilə daxil olmağa can atıb. Lakin onun və əkiz bacısının psixoloji travma almaması üçün içəri buraxmayıblar. P.Nuriyevanın qeyri-adi davranışları əkiz bacıları ayrı-ayrılıqda dindirən istintaqçıların diqqətindən qaçmayıb. Mənzilin qarşısında dayanan polis əməkdaşları da əkizlərdən birinin reaksiyalarının adekvat olmadığını müşahidə ediblər və bunu istintaqçılara deyiblər. İstintaqçılar isə 19 yaşlı bir qızın belə amansız qətli törədəcəyinə, həm də öz doğma bacısına qarşı edəcəyinə inanmaq istəməyiblər. Amma hər ehtimala qarşı bu versiyanı da yoxlamağa qərar veriblər.

Bir neçə çarpaz dindirmə P.Nuriyevanın acı etirafını ortaya çıxarıb. O, doğma bacısını cinsi azlıq nümayəndəsi olmasından şübhələndiyinə görə öldürdüyünü deyib. Bildirib ki, evə digər qızları gətirməsinə etiraz edib və bu əməllərinə son qoymasını tələb edib. Lakin bacısı onun xəbərdarlığına məhəl qoymayıb. Hadisədən bir qədər əvvəl isə yenidən bacılar bu mövzuda söhbətə başlayıblar. Həmin vaxt divanda uzanan G.Nuriyeva bacısından onun işlərinə qarışmamasını tələb edib. Onun əlində bıçaq üstünə gəldiyini görüncə isə digər otağa qaçmaq istəyib. Həmin vaxt P.Nuriyeva bacısına qolundan, ardınca isə belindən bir neçə bıçaq xəsarəti yetirib. Sonradan isə çapaladığını görərək əl-qolunu bağlayıb.

G.Nuriyeva istintaqçılara bacısının boğazını necə kəsdiyini də danışıb. Deyib ki, bacısı ilə mənzildə süpürləşmə zamanı stolun üstündən düşərək sınan vazanın qırığını götürərək onun boğazını kəsib. Soyuqqanlı qatil bunu bacısının ölümünə əminlik üçün etdiyini də açıqlayıb. Bundan sonra qanlı paltarlarını soyunaraq paltaryuyan maşına qoyub və heç nə olmamış kimi mənzili tərk edib. Öldürdüyü bacısının telefonunu da götürərək sim-kartını da sındırıb.

"Bacımın hərəkətləri məndə şübhə yaradırdı. Normal hərəkətlər etmirdi. Hər gün evə qızlar gətirirdi. Onun cinsi azlıq olduğu mənə təsir edirdi. Bu səbəbdən də tez-tez mübahisəmiz düşürdü. Sonuncu dəfə özümü saxlaya bilmədim, öldürmək məcburiyyətində qaldım”, - deyə 19 yaşlı qız ifadəsində qanlı qətli törətdiyini etiraf edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amasızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

"Yeni Müsavat"
Xəbər 3064 dəfə oxunub






Oxşar xəbərlər

Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11887] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00689] calend [0.00039] topnewsend [0.00273] rsssend [0.00000] ehgend [0.01497] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09273]