Gəncədə sərnişin avtobusu yolda batdı-foto

  • 01 iyun 2017, 14:26

"Demokratik.Az"-a Gəncədən verilən məlumata görə, şəhərin H. Z. Tağıyev küçəsində, kilsənin yaxınlığında içi sərnişinlə dolu avtobus hərəkətdə olarkən yolun ortasında batıb. 20 TA 075 dövlət nömrə nişanlı, şəhərdaxili 25 saylı marşrut xətti üzrə hərəkət edən avtobusu batdığı yerdən çıxarmaq üçün traktor çağırılıb. Hadisə yerində olan mənbənin bildirdiyinə görə, qəza nəticəsində sərnişinlərdən kimsə xəsarət almayıb. Avtobusun ön hissəsi ciddi zədə alıb. Fakt araşdırılır.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb, həmin yolda son illər aparılan qazıntı işləri səbəb olub. İşlərdən sonra lazımi texniki təhlükəsizlik tədbirlərinin görülməməsi yolda çalalar, yarğanlar yaradıb. Bundan əlavə, bildirək ki, şəhərin ara küçələri illərdir asfalt örtüyünə həsrət qalıb və belə analoji hadisələr tez-tez baş verir.

 

"Demokratik.Az" 
Oxşar xəbərlər