Gözəl Bayramlıya cinayət işi açıldı

  • 26 may 2017, 12:53
AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov yazıb. Onun sözlərinə görə, G.Bayramlı hazırda Şəmkirdədir. Onun Bakıya gətirilməsi gözlənilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə yazıb ki, G.Bayramlının çantasından 10 min saxta ABŞ dollarının aşkarlandığı bildirilir.
 
Hazırda onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir.
 
 Xatırladaq ki, Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax Sərhəd-Keçid Məntəqəsində saxlanılıb.
 
Demokratik.Az
Oxşar xəbərlər