Demokratik TV
Xəbər lenti
Mirşahinin böyük qardaşı həbs edildi
- 19 may 2017, 12:20
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.
Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.
Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Mirşahinin halı pisləşib-Dünən
"ANS-dən sonra insanların antropoloji görünüşü dəyişə bilər " - Mirşahin Ağayev - VİDEO
Kamran Ağayev Almaniyaya qarşı oynayacaq?
"Mirşahinin üzrü günahından da betərdi" - VİDEO
Mirşahin Ağayev: "Məmurlar ANS-ə qurşaqdan aşağı zərbə endirdilər"
Mirşahin Ağayev: “Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz”
Rafael Ağayev ata oldu - FOTOLAR
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti