İki "bomj" öldü

  • 04 may 2017, 14:53
Xaçmaz rayonunda tüfeyli həyat tərzi keçirən iki nəfər intihar edib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 4-də gecə saatlarında intihar edən Xudat şəhər sakini, 56 yaşlı Abdulla Bəgiyev və Xaçmaz şəhər sakini Mahir Müslümov tüfeyli həyat tərzi keçirirmiş. Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilib.

Hər iki faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər