"Lotu Quli"nin yeznəsinə hökm oxundu- 1 il 6 ay

  • 27 apr 2017, 12:31

"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror V.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da saxlanılıb.

V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu deyilən şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.

İ.Muradov

Oxşar xəbərlər