Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:57 - 22.07.2018  
Azərbaycanın enerji layihələri təhdid altında
Tarix: 28-02-2017, 09:27 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Avropa beynəlxalq enerji layihələrinin təhlükədə olmasına niyə göz yumur... 

Azərbaycanın enerji layihələri təhdid altındaAzərbaycanın müstəqillik illərində qazandığı ən böyük uğurlardan biri də beynəlxalq miqyaslı enerji və nəqliyyat layihələrinə imza atmasıdır. Cənub Qaz Dəhlizi, TAP, TANAP , Bakı-Tiflis-Qars dəmir yolu və digər beynəlxalq əhəmiyyətli layihələr təkcə ölkəmizin deyil, Avropanın, ABŞ-ın və digər bir çox ölkələrin də marağındadır. Bu layihələr həyata keçirilərkən vurğulanan ən önəmli nüanslardan biri də bu idi ki, enerji layihələrində maraqlı olan ölkələr Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpa olunmasında da maraqlı olacaqlar. Lakin son baş verənlər onu göstərir ki, bütün bu beynəlxalq səviyyəli layihələrə rəğmən nə Qərb, nə də Rusiya Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil.

 

Bəs görəsən, bu məsələlərdə Qərblə Rusiyanın mövqeyi üst-üstə düşürmü?

Bu sualı cavablandıran politoloq Arzu Nağıyev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maraqlı dövlətlər həm də bu iri layihələrin təhlükəsizliyinə təminat verməlidirlər: "Bu cür beynəlxalq layihələrin həyata keçirilməsində əsas şərt bu layihələrdə maraqlı olan dövlətlərin həmin bölgədə təhlükəsizliyə zəmanət verməsidir. TAP, TANAP, Cənub Qaz Dəhlizi layihələri və sair məsələlərdə də məşvərət məclisinin keçirilməsi də buna xidmət edirdi ki, maraqlı dövlətlər onun öz ərazilərindən keçən hissəsində tam zəmanət versinlər. Azərbaycan bir dövlət olaraq layihənin öz ərazisindən keçən hissəsinə zəmanət verməlidir. Bu zəmanət dövlətdən ayrı olmamalıdır. Bundan əlavə, maliyyə mənbələri müəyyən olunmalıdır, vergi və gömrük məsələləri həll olunmalıdır, yarana biləcək təhdid və təhlükələrin hüquqi müstəvidə həlli imkanları nəzərdə tutulmalıdır. Bütün bu şərtlər olmasa hər hansı layihənin həyata keçirilməsi mümkün deyil. Məhz Bakı-Tiflis-Ceyhan neft kəmərində də bu proseslər baş verəndə də siyasi müstəvidə çözüldü. Təsəvvür edin ki, Azərbaycanda hazırda 7 kəmər fəaliyyət göstərir. Bunlardan 3-ü neft, 4-ü qaz layihələri ilə bağlı kəmərlərdir. Cənub Qaz Dəhlizi sonuncu olacaq. Buna görə də nazirlər səviyyəsində, ABŞ və Böyük Britaniyanın səfirliyi səviyyəsində bu məsələlər məşvərət məclisində müzakirə olundu”.

 


Azərbaycanın enerji layihələri təhdid altında

 

Arzu Nağıyevin sözlərinə görə, bəzi dövlətlər buna ikili standartla yanaşırlar:
 "Sizin dediyinizdə həqiqət var ki, Ermənistan silahlı qüvvələri məhz kəmərin keçdiyi əraziyə təhdidlər etməyə başladılar. Gədəbəy və Qazax bölgəsindən keçən boru kəmərləri istiqamətində atmağa çalışırdılar ki, bu istiqamətdən də cavab atəşi olsun. Bunların qarşısı vaxtı-vaxtında alınır. Eyni zamanda beynəlxalq təşkilatlar onlara təzyiq göstərir. Lakin marağı olmayan dövlətlər, yəni bu beynəlxalq layihələrdən faydalana bilməyən dövlətlər bu proseslərdən istifadə etməyə çalışırlar. Məsələn, məlumdur ki, Rusiyadan iki kəmərlə Avropaya qaz çatdırılır. Bunlardan biri Şimal xəttidir, digər isə Cənub xəttidir. Cənub xətti Ukrayna ərazisindən keçir və məhz bu xətt 2014-cü ildə böyük təhdidlərə məruz qaldığına, bu kanaldan Rusiya Avropaya qarşı siyasi məqsədlər üçün istifadə etdiyinə görə alternativ kəmər məsələsi ortaya çıxdı. Bütün bunlar nəzərə alınmalıdır. Rusiya və Qərbin maraqları bəzi məsələlərdə üst-üstə düşmür. Bu da müəyyən konfliktlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu cür məşvərət məclisləri uzanır. Orada bütün məsələlər son detala qədər hesablanır və problemin həllinin çözülməsi istiqamətində müəyyən addımlar atılır. Ermənistan və onun havadarları çalışır ki, Cənubi Qafqazda sülhün təmin olunmasına imkan verməsinlər, son atışmalar da bununla bağlı idi. Beynəlxalq layihələr Cənubi Qafqazda sülhün təminatçısı idi. Artıq burada Avropa da öz maraqlarını ortaya qoymalıdır və ikili standartlardan əl çəkməlidirlər”.

 

Azərbaycanın enerji layihələri təhdid altında


Milli Məclisin deputatı Vahid Əhmədov isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Cənubi Qafqazda sabitliyin yaranması Dağlıq Qarabağ probleminin həllindən keçir: "Cənubi Qafqazda maraqlar toqquşur və Azərbaycan xüsusilə bu bölgədə önəmli bir dövlətə çevrildiyi üçün, kifayət qədər karbohidrogen ehtiyatları olduğu üçün həm Qərb, həm də qonşu dövlətlər Azərbaycanda təsir dairələrini genişlədirmək istəyirlər. Müəyyən çətinliklər olsa da bu layihələr həyata keçirilir. Cənub Qaz Dəhlizi ilə əlaqədar elə bir ciddi problem yoxdur. Nəhayət, bu layihənin həyata keçirilməsinə başlanılıb. 2018-ci ildə tamamlanması gözlənilir. Son vaxtlar Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində yaşananlar, atışmalar Ermənistan və onun havadarları tərəfindən törədilən təxribatdır ki, bölgədə sabitlik olmasın. Sabitlik məsələsi isə Qarabağdan keçir. Çünki Qarabağ məsələsi həll olunmayana qədər bu dövlətlər Azərbaycanda müəyyən təxribatlar həyata keçirəcəklər. Ona görə də istər Azərbaycan, istər Qərb, istər Rusiya, İran, Türkiyə və digər dövlətlər üçün ən önəmli məsələ Dağlıq Qarabağ məsələsini həll edib Azərbaycanda sabitliyə nail olmaqdır. Bakı-Tiflisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi iri layihələr bütün problemlərə rəğmən həyata keçiriləcək. Çünki burada siyasi qərarlar var, Avropanın marağında olan layihələrdir”.

Nərgiz LİFTİYEVA

Xəbər 1849 dəfə oxunub






Oxşar xəbərlər

"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15831] initstartout [0.00015] initstartin [0.00085] calstart [0.02285] calend [0.00052] topnewsend [0.00524] rsssend [0.00000] ehgend [0.00802] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12001]