Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:23 - 20.10.2019  
Dollar stabilləşir-Manat güclənir
Tarix: 4-02-2017, 19:17 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dollar stabilləşir-Manat güclənirEkspertlər vəziyyətin qısa müddət sonra dəyişəcəyini ehtimal edirlər

Son hərracda manatın cüzi bahalaşması hökumətin bu istiqamətdə müsbət səyi kimi qiymətləndirilir. Həmçinin bildirilir ki, Mərkəzi Bank manatın qismən sabitliyinə nail ola bilər. Bunun üçün Dövlət Neft Fondundan ayrılan vəsaiti istifadə etməlidir. Fevralın 2-də keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşıb. Əksər ekspertlər manatın qiymət artımının müvəqqəti olduğu qənaətindədirlər.

Ekspert Vüqar Bayramov bildirib ki, indiki məqamda manatın məzənnəsini uzun müddətli dövrdə proqnozlaşdırmaq çox çətindir: 

"Çünki birmənalı şəkildə manat bazası azalıb. Eyni zamanda, son günlər dollara olan tələbin də azalması müşahidə olunur. Son hərracda manatın möhkəmlənəcəyi öncədən bəlli idi. Kommersiya bankları hərracdan əvvəlki iki gündə məzənnəni aşağı salmışdılar. Bu isə o deməkdir ki, dollara tələb azalmışdı. Dollara tələb azaldığı üçün artıq hərracda dolların daha aşağı məzənnəsi ilə kursu müəyyənləşdirə bildilər. Tələbin azalması onunla bağlıdır ki, ümumiyyətlə yanvar-fevral aylarında dollara tələbat yüksək olmur. Çünki yanvar-fevral aylarında həm idxal azalır, birmənalı şəkildə dollara tələb azalır. Maliyyə ili yeni başladığı üçün büdcədən ayırmalar böyük olmur. Təşkilatların da borc öhdəlikləri yüksək olmur. Borc öhdəlikləri maliyyə ilinin sonuna doğru qapadılır. Bu da dollara tələbi azaldır. Mərkəzi Bank da depozit hərracı vasitəsi ilə manatın dövriyyədən yığılması prosesini həyata keçirir. Manatın azlığı da dollara tələbin azalmasına təsir göstərir. Həmçinin Dövlət Neft Fondu tərəfindən yanvar ayında hərraca çıxarılan vəsaitə baxdıqda, məlum olur ki, tələb az idi. Kommersiya banklarının hərracda tələbi şişirdilmiş olduğuna görə, bu, hərraclarda real satılan dolların məbləğinin azalmasına gətirib çıxarıb. Həmçinin manatın məzənnəsinin möhkəmlənməsinin qlobal səbəbi də var. FES uçot dərəcəsini artırmadı. Tramp hökuməti dolların ucuzlaşma siyasətində maraqlı olduğunu göstərir, bu da dollara təsir edir. Dövlət Neft Fondu 2017-ci ildə Mərkəzi Banka 7,5 milyard manat transfer edəcək. Mərkəzi Bank bundan manatın ucuzlaşmasının qarşısını almaq üçün istifadə edə bilər. Manatın məzənnəsi həmin vəsaitin hərraca çıxarılmasından asılı olacaq. Bu vəsait valyuta bazarında tarazlıq yarada bilər”.

Qeyd edək ki, yanvarın 5-də ilk hərracda dollar/manat cütlüyü 1,7707 səviyyəsində müəyyən olunsa da, ayın son günündə bu rəqəm 1,9165 olub. Bu isə manatın 30 gün ərzində dollara qarşı 8,23 faiz zəifləmə deməkdir. Lakin yerli analitiklərdən biri dolların manata qarşı gələn aylarda 10 faiz ucuzlaşaraq 1,80 olacağı qənaətindədir. Buna səbəb kimi neft qiyməti, yeni ABŞ prezidentinin qərarları ilə bağlı qlobal bazarda dollara təsirini əsas gətirmişdilər. Əlavə olaraq, ekspertlətin fikrincə, rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı ehtimal olunur.

Manatın məzənnəsinin FES-in qərarından asılılığı təhlükəsi olsa da, fevral ayında FES uçot dərəcəsini dəyişməyib. Ancaq baş ofisi Nyu-Yorkda yerləşən beynəlxalq investisiya şirkəti "BlackRock”ın baş investisiya rəsmisi Rick Reider FES-in bu il faizləri 4 dəfə artıracağını deyib. Reider "əgər FES mart ayında faiz artırsa, 2017-ci ildə 4 faiz artımı görə bilərik. İqtisadi göstəricilər yardımçı olmağa davam etdiyi müddətdə ən azı 3 faiz artırımı çox böyük ehtimaldır”,- deyə bildirib.

Hazırda Bakıda "qara bazar”da dolların alış qiyməti 1,90 manat, satış qiyməti isə 1,92 manatdır. Dollar satan banklarda isə satış qiyməti 1,9250-1,95 manat arasında dəyişir. Məsələn, "KapitalBank” 1,9250 manatdan, "Unibank” 1,9350 manatdan, NBC Bank 1,93 manatdan limitsiz dollar satır. Banklarda dolların alış qiyməti 1,87-1,91 manat arasında dəyişir.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, sürətlə davam edən devalvasiya sadəcə, bir gediş ola bilərdi. Məqsəd dolları baha satmaqla saxlanılan manatı yığmaq ola bilərdi: "Bu baxımdan bir müddətdən sonra dolların məzənnəsinin geriyə dönüşü mümkün görünürdü. Amma bu da qısamüddətli zamanda ola bilər. Uzunmüddətli perspektivdə dolların iki manata qədər qalxması mümkündür. Lakin kommersiya banklarının dolların satış qiymətinin aşağı salmasının konkret səbəbi var. Çünki bankların satış və alış məzənnələri arasında fərq çox böyük idi. Bununla da əhali və sahibkarlar banklardan yox, ”qara bazar"dan alış-veriş etməyə üstünlük verirdilər. Ona görə də banklar əvvəl-axır alış və satış məzənnə fərqini azaltmağa çalışacaqdılar. O zaman "qara bazar”a yox, banklara üz tutulacaq. İndi həmin proses gedir. Təbii ki, banklar dolları əhalidən baha almaq istəmirlər. Çünki əgər kommersiya bankları dolları Mərkəzi Bankdan 1,92 manata ala bilirsə, əhalidən 1,94 manata niyə almalıdılar ki? Lakin satış qiymətini azaldırlar ki, hər kəs "qara bazar”a yox, banka üz tutsun". (musavat.com)

Demokratik.Az

Xəbər 2348 dəfə oxunub






Oxşar xəbərlər

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27684] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00901] calend [0.00051] topnewsend [0.00501] rsssend [0.00000] ehgend [0.00584] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.25497]