Dollarda stabilləşmə olacaq

  • 02 fev 2017, 13:21

 

ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən, fevralın 1-də bitən  yeni prezident Donald Trampın  inaqurasiyasından sonra birinci iclasın yekununda baza faiz dərəcəsini  0,5-0,75 səfiyyəsində saxlamaq qərarına gəldiyini deyib.
 
XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə nizamlayıcının saytında bildirilib.
 
Qərar analitiklərin proqnozları ilə üst-üstə düşdü. İnvestorlar faiz dərəcəsinin növbəti artımının  iyun ayında olacağını proqnozlaşdırır. 
 
FES əmək bazarının möhkəmləndiyini və iqtisadi fəallığın  yavaş-yavaş yüksəldiyini  bildirib. İşsizliyin səviyyəsi  bir müddət əvvəlki minimuma yaxındır. İnflasiya  son kvartalda  artıb, ancaq 2 faizdən aşağıdır.
Oxşar xəbərlər