Dollarla bağlı növbəti qərar veriləcək

  • 01 fev 2017, 14:30
Qlobal bazarların diqqəti ABŞ Mərkəzi Bankının (FES) iclasında veriləcək qərara yönəlib.Dünən FES-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başlayıb. Bankın qərarı bu gün Bakı vaxtı ilə saat 23.00-da açıqlanacaq.

 

Analitiklər FES-in faizləri artırmayacağı və 0,75%-də saxlayacağı gözləyirlər. Bununla belə birjalarda dolların bahalaşması müşahidə edilir. ABŞ Prezidenti Donald Tramp və komandasının üzvlərinin digər ölkələrin öz valyutalarını devalvasiya edərək üstünlük əldə etdikləri barədə açıqlamaları dünən dolların ucuzlaşmasına səbəb olmuşdu.

ABŞ dollarının 10 mühüm bazar valyutası qarşısındakı dəyərini göstərən "Bloomberg Dollar Spot İndeksi" noyabr ayının ortasından bəri görülən ən aşağı səviyyəyə düşüb. Çərşənbə günü 0.21 isə faiz qalxaraq 1236.96 bənd olub./publika.az
Oxşar xəbərlər