“Ölkədə bank sistemi dağılır” - Deputat

  • 01 fev 2017, 14:19
Millət vəkili Araz Əlizadə Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında bank sistemindəki problemlərə toxunub.

"Qafqazinfo” xəbər verir ki, deputatın sözlərinə görə, "Moods” beynəlxalq reytinq agentliyi büdcəni qəbul etdiyimiz gün Azərbaycanın bank reytinqini aşağı salıb:

"Bu gün ölkədə bank sistemi dağılır. Prezident əlindən gələni edir ki, insanların rifahı artsın. Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyirlər ki, əhaliyə əziyyət verib pul qazansınlar. Mən bu iclas zalında təklif etmişdim ki, banklarla bağlı xüsusi iclas keçirək. Amma bu, mümkün olmadı”.
Oxşar xəbərlər